...

Türkiyə XİN: Rejimin "tör-töküntü"ləri Suriyada keçid hökumətinə daxil olmamalıdırlar

Siyasət Materials 22 Yanvar 2014 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Suriya rejiminin "tör-töküntü"ləri ölkənin keçid hökumətinə daxil olmamalıdırlar. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "Cenevrə-2" sülh konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ankara həmişə Suriya böhranının dinc yolla nizamlanmasına çalışıb.

XİN rəhbəri onu da bildirib ki, Suriya hökuməti ölkənin dinc əhalisini terrorizmdə ittiham edir: "Suriya hökumətinin sözündən belə çıxır ki, ölkəni tərk etmiş 4,2 milyondan çox suriyalı terrorçudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti