Azərbaycan, Bakı, 23 yanvar /Trend/
Bu gün Ermənistan hökumətinin iclasında ölkənin Gömrük İttifaqına və Rusiya, Belarus və Qazaxıstanın Vahid İqtisadi Məkanına qoşulması üzrə tədbirlər planını ("yol xəritəsi"i) təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə News.am saytı xəbər verir.
Qeyd edək ki, Ermənistanın Gömrük İttifaqına qoşulması üzrə "yol xəritəsi" 2013-cü il dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasında imzalanıb.