...

Elman Abdullayev: Azərbaycanın ictimai diplomatiya sahəsində ciddi problemləri var

Siyasət Materials 6 Fevral 2014 13:17 (UTC +04:00)
Azərbaycanın ictimai diplomatiya sahəsində ciddi problemləri var. Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.
Elman Abdullayev: Azərbaycanın ictimai diplomatiya sahəsində ciddi problemləri var

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycanın ictimai diplomatiya sahəsində ciddi problemləri var. Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

Onun fikrincə, Azərbaycanın xaricdə tanıdılması, təbliği istiqamətində gənclər ictimai diplomatiyanın aparılmasında fəal olmalıdırlar: "İctimai diplomatiyanın fəal şəkildə həyata keçirilməsi üçün gənclər öz sözünü deməlidirlər. Onlar internetin, virtual məkanın yaratdığı fürsətlərdən istifadə etməlidirlər".

E.Abdullayev qeyd edib ki, Azərbaycan 90-cı illərin əvvəllərində müstəqillik qazananda dünyada o qədər də tanınmırdı. Hətta Azərbaycanı Afrika ölkələri ilə səhv salırdılar. Ancaq 1993-cü ildən sonra aparılan siyasət nəticəsində, xüsusilə xarici siyasətdə çox böyük uğurlara nail olunub: "Bu gün artıq dünyada Azərbaycanla hesablaşırlar. Azərbaycana hörmət olunur. Bölgədə Azərbaycanın icazəsi olmadan heç bir layihə həyata keçirilmir. Biz - hər birimiz Azərbaycanın daha da güclənməsi, onun dünyada tanıdılması üçün həm daxildə, həm də xaricdə azərbaycanlılar arasında birliyə nail olmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti