...

Nazir: Türkiyədə internet istifadəçilərinin məlumatları məhkəmənin qərarı ilə hakimiyyətə veriləcək

Siyasət Materials 19 Fevral 2014 09:57 (UTC +04:00)
Türkiyədə internet istifadəçiləri haqqında məlumatlar məhkəmənin qərarı ilə hakimiyyətə veriləcək.
Nazir: Türkiyədə internet istifadəçilərinin məlumatları məhkəmənin qərarı ilə hakimiyyətə veriləcək

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə internet istifadəçiləri haqqında məlumatlar məhkəmənin qərarı ilə hakimiyyətə veriləcək. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Nazirin sözlərinə görə, ölkədə internetdə senzura haqqında yeni qanun istifadəçilərin hüquqlarını pozmur.

Qeyd edək ki, fevralın 18-də Prezident Abdullah Gül internetdə senzura haqqında qanun layihəsini təsdiqləyib.

Türkiyədə internet üzərində nəzarətin gücləndirilməsinin əleyhdarları hesab edirlər ki, yeni qanun layihəsi ölkə hökumətinə məhkəmənin qərarı olmadan internet saytlarını bloklamağa imkan verir, eləcə də internet provayderlər üzərinə istifadəçilər haqqında məlumatları hakimiyyətə vermək öhdəliyi qoyur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti