...

Vladimir Doroxin: Azərbaycan və Rusiya "əfqan"ları arasında dostluq böyük əhəmiyyət daşıyır

Siyasət Materials 19 Fevral 2014 16:18 (UTC +04:00)
Azərbaycan və Rusiya "əfqan"ları arasında dostluq böyük əhəmiyyət daşıyır.
Vladimir Doroxin: Azərbaycan və Rusiya "əfqan"ları arasında dostluq böyük əhəmiyyət daşıyır

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan və Rusiya "əfqan"ları arasında dostluq böyük əhəmiyyət daşıyır. Bu dostluq iki ölkə arasında əlaqələrə də öz müsbət təsirini göstərir. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu gün Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxaırlmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında keçirilən tədbirdə bildirib.

Azərbaycan əsgərlərinin Əfqanıstan döyüşlərində böyük şücaət göstərdiklərini xatırladan səfir qeyd edib ki, həm Rusiyada, həm də Azərbaycanda Əfqanıstan müharibəsi veteranlarının sosial problemlərinin həlli üçün böyük işlər görülür. Bütün bunlar xalq tərəfindən müsbət qarşılanır: "Azərbaycan və Rusiya özünəməxsus yollarla inkişaf edirlər. Bu iki ölkə arasında qarşılıqlı hörmət var. Mən bu gün çox sevinirəm ki, Azərbaycan və Rusiya "əfqan"ları bir yerdədirlər".

O, Azərbaycan Prezidenti İlham Əliyevin də iki ölkənin "əfqan"ları arasında dostluğa böyük önəm verdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti