...

Yuliya Timoşenko həbsxanadan azad edilib

Siyasət Materials 22 Fevral 2014 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko şənbə günü həbsxanadan azad edilib. Trend-in məlumatına görə, bu barədə Assoşieyted Press sabiq baş nazirin mətbuat katibinə istinadən xəbər verib.

Qeyd edək ki, bu gün Ali Rada Timoşenkonun həbsdən azad edilməsi ilə bağlı qərar qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti