...

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda yeni sənaye müəssisələrinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 25 Fevral 2014 12:21 (UTC +04:00)
Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda yeni sənaye müəssisələrinin açılışında iştirak edib  (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.

Trend-in məlumatına görə, əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Prezident İlham Əliyev "Azərsun Sənaye Parkı"nın nəzdində yaradılmış Azərbaycan kağız və karton istehsalat kombinatının, Sumqayıt yağ fabrikinin açılışlarında iştirak edib, müəssisələrin kollektivi ilə görüşüb.

Azərbaycan Prezidenti daha sonra mis emalı zavodunun açılışında iştirak etmiş, Nəsimi adına Sumqayıt şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti