...

Viktor Yanukoviç: ABŞ və Maydandakı aksiyalara himayədarlıq edənlər Ukraynanı fəlakətə sürükləyirlər (ƏLAVƏ OLUNUB-6)

Siyasət Materials 28 Fevral 2014 19:08 (UTC +04:00)
Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç bəyan edib ki, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirəcək.
Viktor Yanukoviç: ABŞ və Maydandakı aksiyalara himayədarlıq edənlər Ukraynanı fəlakətə sürükləyirlər (ƏLAVƏ OLUNUB-6)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:19-da yayılıb)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç bəyan edib ki, Ukraynanın gələcəyi uğrunda mübarizəni davam etdirəcək. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə V.Yanukoviç Rusiyanın Rostov-na-Donu şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanı qorxu, terror yolu ilə ələ keçirməyə çalışan hər kəsə qarşı ölkənin gələcəyi naminə mübarizəni davam etdirəcək: "Bu barədə şəxsən bəyan etmək istədim".

Heç kəsin onu devirmədiyini qeyd edən V.Yanukoviç həyatı üçün təhlükə olduğuna görə ölkəni tərk etdiyini bildirib.

O, qeyd edib ki, Ukraynada hakimiyyəti ölkədə azlıq təşkil edən gənc faşizm tərəfdarları zəbt ediblər: "Bildiyiniz kimi, Ukraynada hakimiyyəti ölkədə tam azlıq təşkil edən millətçilər, gənc faşizm tərəfdarları zəbt etdilər. Vəziyyətdən mövcud çıxış yolu Ukrayna Prezidenti və müxalifət arasında Fransa, Almaniya və Polşanın xarici işlər nazirlərinin, eləcə də Rusiya nümayəndəsinin iştirakı ilə əldə olunmuş razılaşmanın yerinə yetirilməsidir".

V.Yanukoviç Ukraynada ümummilli referendumun keçirilməsi təklifi ilə çıxış edib.

Onun sözlərinə görə, referenduma çıxarılacaq məsələləri ən qısa müddət ərzində ictimai təşkilatların, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə formalaşdırmaq lazımdır: "Bu məsələlər ölkənin inkişaf aspektlərini, konstitusiya və dövlət quruculuğu kimi aktual problemləri əhatə etməlidir".

V.Yanukoviç qeyd edib ki, hakimiyyət və müxalifətin ümümi monitorinqi ilə Ukraynada zorakılıq aktlarını araşdırmaq lazımdır.

O, hesab edir ki, qanunsuz silahlar daxili işlər orqanlarına təhvil verilməli, eləcə də inzibati və ictimai binalar boşaldılmalıdır.

Vəzifəsindən kənarlaşdırılmış Prezident bəyan edib ki, mayın 25-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək. V.Yanukoviç həmin seçkiləri qanunsuz hesab edir.

Onun sözlərinə görə, bütün seçkilər Ukrayna Konstitusiyasına uyğun keçirilməlidir.

V.Yanukoviç Ukraynada baş verənlərə görə üzr istəyib və utandığını deyib: "Baş verənlərə görə, ilk növbədə, veteranlardan və xalqdan üzr istəyirəm. Sabitliyi qorumağa və ölkədə hökm sürən özbaşınalığın qarşısını almağa gücüm çatmadı".

V.Yanukoviç özünün və ailəsinin təhlükəsizliyinə zəmanət veriləcəyi halda Ukraynaya qayıda biləcəyini deyib.

Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti bildirib ki, Rusiyada olduğu müddətdə ölkə Prezidenti Vladimir Putinlə görüşməyib.

V.Yanukoviç V.Putinlə telefon əlaqəsi saxlayaraq imkan olduğu təqdirdə görüş barədə razılığa gəldiklərini deyib.

O, V.Putinin Ukraynada baş verənlərlə bağlı təmkinli olmasından təəccübləndiyini bildirib: "Rusiya mütləq hərəkətə keçməlidir. Vladimir Vladimiroviçin xarakterini bildiyimə görə onun hələ də təmkinli olmasından və susmasından təəccüblənirəm".

V.Yanukoviç vurğulayıb ki, sabiq Baş nazir Yuliya Timoşenkonun Rusiya ilə imzaladığı saziş Ukraynaya 20 milyard dollardan çox ziyan vurub: "Mən Timoşenkonun pisliyini istəməmişəm və istəmirəm də. Lakin onun Rusiya ilə imzaladığı saziş Ukraynaya 20 milyard dollardan çox ziyan vurub. Bunu o özü də yaxşı bilir".

Y.Timoşenkonun həbsxanada eksklüziv şəraitdə saxlandığını deyən V.Yanukoviç onun azadlığa buraxılmasının "hüquqi müstəvidə" həyata keçirildiyini bildirib.

O, Ukraynada defolt öncəsi vəziyyəti ölkənin daxili siyasi şəraitinin qeyri-sabit olması və vacib iqtisadi tərəfdaşı Rusiyanı itirməsi ilə əlaqələndirib: "Rusiya bütün mövcud imkanlardan istifadə etməklə Ukraynadakı xaosun qarşısını almalıdır".

O, Ukraynaya zorla müdaxilə imkanını istisna edib.

V.Yanukoviç bildirib ki, vətənpərvər zabitlərin sayəsində Rusiya ərazisinə gələ bilib.

O, qeyd edib ki, zabitlər öz borclarını yerinə yetirərək onun həyatda sağ qalmasına kömək ediblər.

Onun sözlərinə görə, Xarkovdan Luqanska uçarkən vertolyotu ələ keçirməklə hədələniblər: "Biz iki vertolyotda uçurduq. Geri dönməyəcəyimiz təqdirdə, bizə havaya qırıcı təyyarələrin qaldırılacağı ilə hədə-qorxu gəlindi".

V.Yanukoviç ABŞ və Maydandakı aksiyalara himayədarlıq edənlərin Ukraynanı fəlakətə sürüklədiklərini vurğulayıb: "Hazırda Ukraynada hakimiyyətə gələnlər, ABŞ və Qərbin nümayəndələri, görünən və görünməyənlər də Ukraynadakı xaos və fəlakətə görə xalq qarşısında məsuliyyət daşıyırlar".

Onun sözlərinə görə, hərbi dəstək üçün heç kəsə müraciət etmək fikrində deyil: "Belə bir vəziyyətdə istənilən hərbi addım yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti