...

Viktor Yanukoviç Ali Radanı qeyri-legitim hesab edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2014 17:46 (UTC +04:00)
Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç Ali Radanı qeyri-legitim hesab edir.
Viktor Yanukoviç Ali Radanı qeyri-legitim hesab edir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Ukraynanın vəzifəsindən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç Ali Radanı qeyri-legitim hesab edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə V.Yanukoviç Rusiyanın Rostov-na-Donu şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynada böhranın nizamlanmasına dair saziş yerinə yetirilsəydi və ya razılaşma gələcəkdə icra edilərsə, ölkədə vəziyyət nisbətən sabitləşə və siyasi böhranın qanuni yolla həlli prosesi başlaya bilər.

Ukrayna Prezidenti kimi legitimliyini bəyan edən V.Yanukoviç qeyd edib ki, Ukrayna parlamentinin sonuncu qərarı deputatların təzyiqləri altında qəbul edilib, onları qorxudublar: "Bu qanunsuzluq, terror, hakimiyyətsizlik və xaos parlamentdə deputatlar üzərində zorakılıq, qorxutma, daş atmaq yolu ilə qəbul etdirilən həmin qərardan sonra başladı. Onları sözün birbaşa mənasında Maydana sürüklədilər ki, orada and içsinlər. Bunu heç cür parlamentin işi adlandırmaq olmaz, bu, Maydanın işidir".

Onun sözlərinə görə, Maydanın qüvvələrinin və yaraqlılarının təzyiqi altında parlament bir sıra məsələləri səsə qoyur: "Onların özlərinin "Qələbə kabineti" adlandırdıqları hökumət kimin üzərində qələbədir? Ukrayna xalqı üzərindəmi? Müzakirə etdiyimiz, danışdığımız milli birlik hökuməti olmalı idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti