...

Yanukoviç: Krım geniş muxtariyyətini saxlamaqla Ukraynanın tərkibində qalmalıdır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 Fevral 2014 17:59 (UTC +04:00)
Krımlılar millətçilərə və banderovçulara tabe olmayacaqlar. Özünümüdafiə dəstələri Kiyevdə baş verənlərə təbii cavab idi.
Yanukoviç: Krım geniş muxtariyyətini saxlamaqla Ukraynanın tərkibində qalmalıdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Krımlılar millətçilərə və banderovçulara tabe olmayacaqlar. Özünümüdafiə dəstələri Kiyevdə baş verənlərə təbii cavab idi. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti kimi legitimliyini bəyan edən Viktor Yanukoviç Rusiyanın Rostov-na-Donu şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib: "Krımlılar təbii ki, millətçilərə və banderovçulara tabe olmaq istəmirlər və olmayacaqlar. Sadə insanların istəkləri tamamilə aydındır, onlar öz evlərini və torpaqlarını müdafiə etmək istəyirlər. Bu, insanların təbii istəyidir".

V.Yanukoviç deyib ki, Krım geniş muxtariyyətini saxlamaqla Ukraynanın tərkibində qalmalıdır: "Ukraynanın fəaliyyətdə olan Prezidenti kimi bəyan etmək istəyirəm ki, Krım geniş muxtariyyətini saxlamaqla Ukrayna dövlətinin tərkibində qalmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti