...

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Siyasət Materials 5 Mart 2014 15:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul etmişdir.
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

Azərbaycan, Bakı, 5 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədənini qəbul etmişdir.

Dövlətimizin başçısı İyad bin Amin Mədənini İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. İyad bin Amin Mədəninin yeni vəzifəyə seçildikdən sonra ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni baş katib seçilərkən Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Görüşdə ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, təşkilata üzv olan ölkələrin iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlığının əhəmiyyəti qeyd olundu, beynəlxalq aləmdə baş verən proseslərlə bağlı islam ölkələrinin vahid mövqedən çıxış etmələrinin önəmi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti