Azərbaycan, Bakı, 5 mart /Trend/
Gömrük İttifaqı ölkələri Ukraynadakı ağır böhran vəziyyəti ilə əlaqədar müdafiə tədbirləri barədə düşünməlidirlər. Trend-in "Praym"a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı ağır böhran vəziyyətindədir və bu, Gömrük İttifaqı bazarı üçün mənfi nəticələr verə bilər: "İstehsalçılarımızı və ixracatlarımızı qorumaq üçün birgə tədbirlər və Ukrayna ilə gələcək münasibətlərin parametrləri barədə düşünməliyik".
Qeyd edək ki, Gömrük İttifaqına Belarus, Qazaxıstan və Rusiya daxildir.