Azərbaycan, Bakı, 6 mart /Trend/
Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçi cinayət törətməkdə şübhəli bilib və ona qarşı məhkəmə öncəsi araşdırma başlanıb.
Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, V.Yanukoviç konstitusiya quruluşunu zorla dəyişdirmək və ya devirməyə, habelə dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş fəaliyyətdə günahkar bilinir.
Müəyyən edilib ki, V.Yanukoviç 2010-cu ildə konstitusiyadan kənar yolla ölkə konstitusiyasını dəyişib və bununla da dövlət hakimiyyətini ələ keçirib.