...

Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək

Siyasət Materials 12 Mart 2014 19:05 (UTC +04:00)
Ukrayna Daxili İşlər Nazirliyi Rusiyadan Viktor Yanukoviçin həbs edilərək ekstradisiya olunmasını tələb edəcək.
Ukrayna Rusiyadan Yanukoviçin ekstradisiyasını tələb edəcək

Azərbaycan, Bakı, 12 mart /Trend/

Ukrayna Daxili İşlər Nazirliyi Rusiyadan Viktor Yanukoviçin həbs edilərək ekstradisiya olunmasını tələb edəcək. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.

Onun sözlərinə görə, V.Yanukoviç İnterpolun bazasına daxil edilən kimi onun və digər şəxslərin ekstradiyası tələb olunacaq:

"Ukrayna hakimiyyətdən sui-istifadə və qətllər törətmək ittihamı üzrə həbs edilməli olan V.Yanukoviç və digər şəxslərin adının İnterpol bazasına daxil edilməsi üçün ərizə göndərib. İnterpol 10 gün ərzində cavab verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti