Azərbaycan, Bakı, 27 mart / Trend/
Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko "Batkivşina" partiyasından ölkə prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Y.Timoşenko Kiyevdə keçirilən mətbuat konfransında deyib: "Bəli, mən Ukrayna prezidentliyinə namizədliyimi irəli sürmək fikrindəyəm. Martın 29-da qurultay keçiriləcək. Mən orada "Batkivşina" partiyasından prezident seçkilərində namizədliyimin irəli sürülməsini xahiş edəcəyəm".