...

İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 2 Aprel 2014 16:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti