...

Aİ Ukrayna problemi üzrə çoxtərəfli danışıqların tarixini müzakirə edir

Siyasət Materials 8 Aprel 2014 17:20 (UTC +04:00)
Avropa İttifaqı Ukraynadakı vəziyyətin nizamlanması üçün Aİ, ABŞ, Rusiya və Ukrayna arasında qarşıdakı görüşlərin tarixini fəal şəkildə müzakirə edir.
Aİ Ukrayna problemi üzrə çoxtərəfli danışıqların tarixini müzakirə edir

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Avropa İttifaqı Ukraynadakı vəziyyətin nizamlanması üçün Aİ, ABŞ, Rusiya və Ukrayna arasında qarşıdakı görüşlərin tarixini fəal şəkildə müzakirə edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Mayya Kosyançiç bəyan edib.

M.Kosyançiç jurnalistlərə deyib: "Biz belə görüşlərin konkret tarixinin müzakirəsində fəal iştirak edirik".

Onun sözlərinə görə, bu formatda dialoq bərabər aparılacaq, lakin "böhranın istənilən həlli yolu Ukrayna ilə Rusiya arasında tapılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti