...

Cəmil Çiçək: 1915-ci il hadisəsini tarixçilər araşdırmalıdırlar

Siyasət Materials 15 Aprel 2014 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir R.Hafizoğlu/

1915-ci il qondarma "erməni soyqırımı" hadisəsi tarixçilər tərəfindən araşdırılmalıdır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Cəmil Çiçək bəyan edib.

Spikerin sözlərinə görə, Türkiyə bu hadisəni araşdırmağa hazırdır.

O, həmçinin qeyd edib ki, digər ölkələrin parlamentariləri tarixi müzakirə etmək əvəzinə dövlətlər arasında münasibətlərin inkişafına yardım etməlidirlər.

Bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yerli "Haber7" telekanalına açıqlamasında deyib ki, qondarma "erməni soyqırımı" ABŞ Senatının gündəliyinə daxil edilməyəcək: "Qondarma "erməni soyqırımı" ABŞ Senatının gündəliyinə salınmayacaq. ABŞ dövlət katibi Con Kerri ilə telefon danışıqlarında Birləşmiş Ştatlar rəsmisi bunu bizə bəyan edib".

Onu sözlərinə görə, Türkiyə bu məsələni yaxından izləyir.
XİN rəhbəri onu da qeyd edib ki, ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul etməsindən sonra məsələ Senatın gündəliyinə salınarsa, Türkiyə səssiz qalmayacaq.

Qeyd edək ki, aprelin 10-da ABŞ Senatının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qətnaməni qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti