...

Abdullah Gül: Türkiyə ordusunun modernləşdirilməsinə ehtiyac var

Siyasət Materials 2 May 2014 15:57 (UTC +04:00)
Türkiyədəki bütün başqa strukturlar kimi, ordunun da modernləşməyə ehtiyacı var.
Abdullah Gül: Türkiyə ordusunun modernləşdirilməsinə ehtiyac var

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədəki bütün başqa strukturlar kimi, ordunun da modernləşməyə ehtiyacı var. Bu barədə jurnalistlərə ölkə Prezidenti Abdullah Gül deyib. Trend-in məlumatına görə, xəbəri "TRT Haber" telekanalı yayıb.

Onun sözlərinə görə, dünyanın bütün ölkələri öz ordularını modernləşdirirlər və Türkiyə də istisna təşkil etməməlidir.

Prezident Türkiyənin öz ordusu ilə fəxr etdiyini bildirib.

Türkiyənin Silahlı Qüvvələri Quru Qoşunlarından, Hərbi-Dəniz Qüvvələrindən, Hərbi-Hava Qüvvələrindən, Jandarmeriyadan və Sahil Mühafizəsindən ibarətdir.

Türkiyə ordusu çağırış üzrə komplektləşdirilir, ölkədə çağırış yaşı 20 yaşdır, məcburi hərbi xidmət müddəti 6 aydan 12 ayadəkdir. Silahlı Qüvvələrdən tərxis edildikdən sonra vətəndaş hərbi mükəlləfiyyətli hesab edilir və 45 yaşa çatanadək ehtiyatda qalır. Müharibə zamanı qanuna uyğun olaraq Türkiyədə silah götürməyə qadir olan 16 yaşından 60 yaşadək olan kişilər, 20 yaşından 46 yaşadək qadınlar orduya çağırıla bilərlər.

2013-cü ilin oktyabrında Türkiyə ölkədə məcburi hərbi xidmət müddətini 15 aydan 12 ayadək azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti