...

Ərdoğan: Aİ qarşısında öhdəlik Türkiyəyə ölüm cəzasını bərpa etməyə imkan vermir

Siyasət Materials 2 May 2014 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir R.Hafizoğlu/

Avropa İttifaqı (Aİ) qarşısında öhdəlik Türkiyəyə ölüm cəzasını bərpa etməyə imkan vermir. Trend-in cümə günü "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə hökuməti Ədliyyə Nazirliyi ilə birgə ömürlük həbs cəzası haqqında qanun layihəsi üzərində çalışır.

Baş nazir qeyd edib ki, Türkiyədəki son hadisələr (4 uşağın zorlanması və öldürülməsi) bunu zəruri edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti