...

Prezident İlham Əliyev Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Siyasət Materials 6 May 2014 10:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub.
Prezident İlham Əliyev Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Gürcüstan, Tbilisi, 6 may /Trend, müxbir S.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub.

Trend-in məlumatına görə, dövlət başçısı ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı 2004-cü il iyun ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə baş tutub. Parkın mərkəzində Heydər Əliyevin abidəsi ucaldılıb. Parkda ilk ağacı İlham Əliyev əkib.

2007-ci ildə aparılmış təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi xüsusi zövqlə bəzədilib, çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib, oturacaqlar qoyulub. 2007-ci il may ayının 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili, o cümlədən iki ölkənin hökumət və parlament üzvlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidənqurmadan sonra rəsmi açılış mərasimi baş tutub.

Qeyd edək ki, ulu öndərin adını daşıyan parkın ümumi sahəsi 1 hektar təşkil edir. Layihənin memarı F.Axundov, heykəltəraşı isə Azərbaycanın Xalq rəssamı N.Əliyevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti