...

Politoloq: Rusiya ilə Səudiyyə Ərəbistanı arasında problemlər yarana bilər

Siyasət Materials 6 May 2014 14:51 (UTC +04:00)
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında problemlər yarana bilər. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloq: Rusiya ilə Səudiyyə Ərəbistanı arasında problemlər yarana bilər

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir E.Mehdiyev/

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında problemlər yarana bilər. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq hesab edir ki, Səudiyyə Ərəbistanının Rusiya ilə əlaqələrinin təşəbbüsçüsü və koordinatoru Səudiyyə kəşfiyyatının başçısı Şahzadə Bəndər ben Soltan vəzifəsindən azad edildi: "Bunu Səudiyyə Ərəbistanının Rusiyaya münasibətinin dəyişməsi kimi başa düşmək olar. ABŞ Səudiyyə Ərəbistanı vasitəsilə dünya bazarında neftin qiymətini aşağı salmaqla Rusiyaya təsir etmək istəyir. RF prezidenti V.Putin Səudiyyə Ərəbistanının dünya bazarında neftin qiymətini aşağı sala bilmək gücünə inanır. Lakin Putin Səudiyyə Ərəbistanının bu addıma getməyəcəyini düşünür. Çünki neftin barelinin qiyməti 85 dollardan aşağı düşərsə, bu zaman Səudiyyə Ərəbistanının iqtisadiyyatında da problemlər yarana bilər. Həm Səudiyyə Ərəbistanında, həm də RF-də büdcədə neftin qiyməti 1 barel üçün 90 dollar nəzərdə tutulmuşdur. Putinin bu optimistliyi özünü doğrultmaya bilər".

M.Əhmədoğlunun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə RF-nin iqtisadi və sair parametrləri tamam fərqlidir: "Digər tərəfdən Qərb dövlətləri Səudiyyə Ərəbistanının düşdüyü ziyanı bu və ya digər formada neytrallaşdıra bilər. Təki Səudiyyə Ərəbistanı Rusiyanı çökdürsün. Səudiyyə rəhbərliyinin Rusiya ilə əlaqələrinin kuratorunu işdən çıxarması və gözlənilmədən Ərəb dövlətləri arasındakı fikirayrılıqlarının təcili şəkildə aradan qaldırılması Səudiyyə Ərəbistanının ciddi addım atmağa hazırlaşdığını göstərir. Bu addımın ünvanı çox böyük ehtimalla Rusiya olacaqdır. Ehtimal ki, ötən ay ABŞ Prezidenti B.Obama Səudiyyə Ərəbistanına səfər edərkən bütün bu məsələləri razılaşdırıb".

Politoloq hesab edir ki, Bəhreynlə münasibət yaratmaqla RF Prezidenti V.Putin ərəb dövlətlərinin antiiran mahiyyətinə daxil olsa da, bu, indi çox gec ola bilər: "Səudiyyə Ərəbistanı V.Putini seçim etməyə məcbur edir: Ya Səudiyyə Ərəbistanı, ya da İran".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti