...

Türkiyənin əmək və sosial müdafiə naziri xəstəxanaya yerləşdirilib

Siyasət Materials 23 May 2014 17:32 (UTC +04:00)
Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik xəstəxanaya yerləşdirilib.
Türkiyənin əmək və sosial müdafiə naziri xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik xəstəxanaya yerləşdirilib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, onun xəstəxanaya yerləşdirilməsinə səbəb mədə-bağırsaq sistemində yaranan problemlər olub.

F.Çelikin artıq əməliyyat olunduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl naziri mədəndə partlayışın baş verdiyi Manisa vilayətinə getmədiyinə görə kəskin tənqid etmişdilər. Bundan sonra bir sıra müxalif qüvvələr F.Çelikin istefasını tələb etmişdilər. O isə səhhətindəki problemlərlə əlaqədar hadisə yerinə baş çəkmədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti