...

Tehranda İƏT-ə üzv ölkələrin vergi əsasnaməsinin hazırlanması layihəsi müzakirə olunur

Siyasət Materials 26 May 2014 12:04 (UTC +04:00)
Bu gün İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşıq Təşkilatına üzv ölkələrin vergi orqanlarının iclası öz işinə başlayıb.
Tehranda İƏT-ə üzv ölkələrin vergi əsasnaməsinin hazırlanması layihəsi müzakirə olunur

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın paytaxtı Tehranda İqtisadi Əməkdaşıq Təşkilatına üzv ölkələrin vergi orqanlarının iclası öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, iclasda İƏT-ə üzv ölkələrin vergi əsasnaməsinin hazırlanması və üzv ölkələr arasında vergi sahəsində anlaşma memorandumunun imzalanması üzrə son müzakirələr aparılacaq.

İclasda İƏT-ə üzv ölkələr arasında məlumatların mübadiləsi haqqında saziş layihəsi də müzakirə ediləcək.

Azərbaycandan tədbirdə Vergilər Nazirliyinin Beynəlxalq Münasibətlər İdarəsinin rəisi İlqar Əkbərli iştirak edir.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Əfqanıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkmənistan İƏT üzvləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti