...

Mexikoda Azərbaycanın Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 27 May 2014 12:36 (UTC +04:00)
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən 28 May Respublika Günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib.
Mexikoda Azərbaycanın Respublika Günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 27 may / Trend/

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyi tərəfindən 28 May Respublika Günü münasibətilə Mexikoda rəsmi qəbul keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Meksika Senatı və Deputatlar Palatasının rəhbər heyəti, XİN və digər dövlət qurumlarının təmsilçilərindən ibarət ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, Mexikoda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri, ölkədə yaşayan yəhudi icmasının üzvləri və tanınmış elm və mədəniyyət xadimləri, cəmiyyətin müxtəlif təbəqələrindən olan həmvətənlilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir İlqar Muxtarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs edib. Tədbirdə, həmçinin Azərbaycana dair video təqdimat nümayiş etdirilib.

Sonra tədbir Meksikada yaşayan həmyerlilərimiz - Meksika Ştat Simfonik Orkestrinin azərbaycanlı üzvləri tərəfindən dahi Azərbaycan bəstəkarları Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirovun, habelə tanınmış Avropa bəstəkarlarının repertuarına aid klassik musiqi parçalarından ibarət konsert proqramı ilə davam edib.

Qəbulda, həmçinin ölkəmizin müasir və tarixi mənzərəsini əks etdirən fotoşəkillər sərgilənmiş, Azərbaycanın milli mətbəxt nümunələrindən ibarət ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti