...

İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendum keçirmək niyyətindədir

Siyasət Materials 28 May 2014 10:51 (UTC +04:00)
İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani muxtariyyətin müstəqillik haqqında referendum keçirməsinin mümkünlüyünü elan edib.
İraqın kürd muxtariyyəti müstəqillik haqqında referendum keçirmək niyyətindədir

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir R.Hafizoğlu/

İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani muxtariyyətin müstəqillik haqqında referendum keçirməsinin mümkünlüyünü elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Al JazeeraTurk" telekanalı xəbər yayıb.

Bərzani bunu onunla izah edib ki, kürdlər ölkə hökuməti rəhbərinin siyasəti ilə razı deyillər və Maliki hökumətində iştirak etməyəcəklər.

Bərzani deyib: "Əgər İraqın Baş naziri Maliki üçüncü müddətə seçilərsə, Ərbil [kürd muxtariyyətinin paytaxtı] müstəqillik haqında referendum keçirəcək".

Onun sözlərinə görə, Ərbil Bağdadla münasibətləri sıfırfa endirəcək.

Qeyd edək ki, İraqda parlament seçkiləri aprelin 30-da keçirilib. Seçkilərdə İraqın Nümayəndələr Şurasına 328 deputat seçilib. Ölkə parlamenti Prezidenti və Baş naziri seçir.

Seçkilərin nəticələrinə görə, Üsamə Nuceyfinin başçılıq etdiyi sünnilərin "Müttəhidun" bloku parlamentdə 23, Ayad Ələvinin rəhbərlik etdiyi "Vətəniyyə" bloku 22, Baş nazirin "Hüquqi dövlətin koalisiyası" isə 92 deputatla təmsil olunacaq.

Ölkə Prezidenti postuna xarici işlər naziri Huşyar Zibarinin namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Bir az əvvəl xəbər verilmişdi ki, İraqın siyasi qrupları Baş naziri Nuri əl-Malikinin üçüncü müddətə vəzifəsində qalmaq iddialarına qarşı mübarizə aparmağa hazırdırlar.
Maliki üçüncü müddəytə öz postunda qalmaq üçün sünnilərin və kürdlərin, eləcə də Baş nazirin yürütdüyü siyasətdən narazı olan şiə siyasi partiyalarının dəstəyini qazanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti