...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün proqramı açıqlanıb

Siyasət Materials 30 May 2014 11:31 (UTC +04:00)
2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanmış Naxçıvan Sazişinə əsasən beynəlxalq təşkilat kimi yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) iyunun 4-5-də Türkiyənin Bodrum şəhərində keçiriləcək dördüncü zirvə görüşünün proqramı açıqlanıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün proqramı açıqlanıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S.Əhmədova/

2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında imzalanmış Naxçıvan Sazişinə əsasən beynəlxalq təşkilat kimi yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) iyunun 4-5-də Türkiyənin Bodrum şəhərində keçiriləcək dördüncü zirvə görüşünün proqramı açıqlanıb.

Trend-in Türk Şurası Katibliyinə istinadən verdiyi məlumata görə, zirvə çərçivəsində 2-3 iyunda Yüksək vəzifəli şəxslər Komitəsinin, 4 iyunda Xarici İşlər Nazirləri Şurasının görüşləri keçiriləcək, 5 iyunda isə dövlət başçıları görüşəcəklər.

Məlumatda qeyd olunur ki, Türkmənistan Prezidenti də zirvə görüşündə iştirak edəcək.

Qeyd edilən zirvə görüşü 1992-ci ildən 2010-cu ilədək davam edən Türkdilli Dövlətlərin Başçılarının Zirvələr prosesinin davamıdır. Hər il üzv dövlətlər müxtəlif mövzu altında zirvə görüşlərinə ev sahibliyi edirlər. Bu il zirvə görüşünün mövzusu "Turizm sahəsində əməkdaşlıq" olacaqdır.

Türk Şurasının Dördüncü Zirvə Görüşünə hazırlıq məqsədilə 11 aprel 2014-cü il tarixində İstanbul şəhərində turizm sahəsinə məsul olan nazirlər ilk dəfə olaraq görüşüblər. Qeyd edilən toplantıda üzv dövlətlərin turizm potensialının artırılması məqsədilə Turizm sahəsində birgə əməkdaşlıq protokolu imzalanıb, aidiyyəti qurumlara bələdçi kitablarla bərabər "Türk Şurası Müasir İpək Yolu" adlı ortaq tur paketlərın hazırlanması təlimatı verilib, Türkiyə tərəfindən digər üzv dövlətlərdə turizm treyninq proqramlarının həyata keçirilməsi ilə bağlı lazımi şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Bundan əlavə, üzv dövlətlərin özəl sektorları arasında turizm sahəsində çoxtərəfli əməkdaşlığın başlanması üçün Türk Şurası çərçivəsində Turizm Biznes Assosiasiyasının yaradılması qərarlaşdırılıb.

Türk Şurasının turizm sahəsinə məsul ola nazirlərinin 2-ci görüşü Azərbaycan tərəfinin dəvətinə ilə 2015-ci ilin may ayında Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti