...

Azərbaycanlı nazir Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Siyasət Materials 2 İyun 2014 13:20 (UTC +04:00)
Müdafiə sənayesi naziri Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib.
Azərbaycanlı nazir Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Müdafiə sənayesi naziri Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) Trend-ə verilən məlumata görə, Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib. Tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib.

Yığıncaqda BMA-nın 2013-il üzrə işinin yekunlarına dair geniş müzakirələr aparılıb.

Sonra Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşdirilib.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin baş direktoru Kamal Əsgərov müxbir üzvü seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti