...

Oqtay Əsədov: TürkPA böyük siyasi çəkiyə malik təşkilata çevrilib

Siyasət Materials 12 İyun 2014 16:47 (UTC +04:00)
"Artıq TürkPA böyük siyasi çəkiyə malik təşkilata çevrilib. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyəti xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək edib".
Oqtay Əsədov: TürkPA böyük siyasi çəkiyə malik təşkilata çevrilib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

"Artıq TürkPA böyük siyasi çəkiyə malik təşkilata çevrilib. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyəti xalqlarımız və dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə kömək edib". Trend-in məlumatına görə, bunu TürkPA-nın 5-ci plenar iclası çərçivəsində keçirilən Assambleya Şurasının toplantısında Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker hesab edir ki, komissiyaların yenidən təşkil olunması təşkilatın səmərəliliyini daha da artıra bilər: "Biz TürkPA-nın ekspertlər potensialının inkişaf etdirilməsinə diqqət yetirəcəyik. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türkiyə tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan Parlamenti TürkPA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsini də diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı Katibliyə təlimat verəcək. Ümid edirəm ki, payızın əvvəlllərinə qədər Katiblik bu məsələ ilə bağlı hesabat təqdim edəcək və biz bu hesabatda sizinlə birlikdə lazımi addımlar atacağıq".

O.Əsədov həmçinin qeyd edib ki, mədəni, humanitar əməkdaşlıqla bağlı 5-ci plenar iclasın gündəliyinə bir sıra məsələlər daxil edilib: "Bu baxımdan mədəni əlaqələr sahəsində görüləcək işlərimiz çoxdur. Yüksəkixtisaslı tərcüməçilərin hazırlanması diqqətdə saxlanılmalıdır. Bu işlə təşkilat məşğul olmalıdır. Peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək mümkün deyil. Bu məsələnin həllinə kömək göstərilməsi TürkPA-nın əsas hədəflərindən biri olmalıdır. Əminəm ki, türdilli ölkələrin 5-ci plenar iclasında aparılan müzakirələr, qəbul ediləcək qərarlar təşkilatımızın məqsədlərinə nail olması baxımından əhəmiyyətlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti