...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olunub (FOTO)

Siyasət Materials 17 İyun 2014 00:02 (UTC +04:00)
İyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Afinada Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

İyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.

Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşıladı.

Mərasim Olimpiya himninin oxunması ilə başladı.

Akademiyanın prezidenti İsidoros Kuvelos mərasimdə çıxış edərək Olimpiya hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq etdi.

Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırlatdı və bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədrlik etdiyini söylədi.

Sonra Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Azərbaycanın birinci xanımına Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı təqdim olundu.

Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya Oyunlarında qazandıqları uğurlardan danışdı. Birinci xanım gələn il Azərbaycanda ilk Avropa Oyunlarının uğurla keçiriləcəyinə əminliyini bildirdi.

Sonra Yunanıstanın mədəniyyət və idman naziri Konstantinos Tasoulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək yüksək mükafata layiq görüldüyünə görə Mehriban Əliyevanı təbrik etdilər.

Mərasim konsert proqramı ilə davam etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti