...

İraqda ordu ilə Kərbəla şiələrinin liderinin tərəfdarları arasında toqquşma olub

Siyasət Materials 3 İyul 2014 15:18 (UTC +04:00)
İraqda ordu ilə Kərbəla şiələrinin lideri ayətullah Mahmud əl-Həsəni əs-Sərhinin tərəfdarları arasında toqquşma baş verib.
İraqda ordu ilə Kərbəla şiələrinin liderinin tərəfdarları arasında toqquşma olub

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraqda ordu ilə Kərbəla şiələrinin lideri ayətullah Mahmud əl-Həsəni əs-Sərhinin tərəfdarları arasında toqquşma baş verib. Bu barədə Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir.

Toqquşma nəticəsində əs-Sərhinin 30 tərəfdarı həlak olub. İraqın güc strukturları onun 100-dən artıq tərəfdarını saxlayıblar.

Bundan əvvəl Mahmud əl-Həsəni əs-Sərhi ayətullah əl-Üzma Əli Hüseyn Sistaninin şiələri "İraq və Şam İslam Dövləti" terrorçu qruplaşmasına qarşı mübarizəyə çağıran cihad haqqında fətvasına qarşı çıxmışdı.

Toqquşma hərbçilərin əs-Sərhini onun dərs dediyi tədris mərkəzində həbs etməyə cəhdindən sonra baş verib.

Məlumatda deyilir ki, onlar əs-Sərhini həbs etməyə cəhd göstəriblər. Lakin onun tərəfdarları müqavimət göstəriblər. Nəticədə hərbçilər əs-Sərhinin dərs dediyi mərkəzi minaatanlardan və ağır silahlardan atəşə tutublar.

Toqquşma zamanı əs-Sərhi xəsarət almayıb və təhlükəsiz yerə aparılıb.

Habelə İraq HHQ əs-Sərhinin Divaniyyədəki mərkəzinə zərbə endiriblər. Nəticədə bina ciddi zədələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti