...

Ceyms Appaturay: NATO və Azərbaycan bir neçə yeni proqram üzərində işləyir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 İyul 2014 10:57 (UTC +04:00)
NATO və Azərbaycanla birgə həyata keçiriləcək bir neçə proqram var ki, hazırda onlar təsdiq ərəfəsindədir.
Ceyms Appaturay: NATO və Azərbaycan bir neçə yeni proqram üzərində işləyir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlkin İzzət/

NATO və Azərbaycanla birgə həyata keçiriləcək bir neçə proqram var ki, hazırda onlar təsdiq ərəfəsindədir. Trend xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu arasında Ceyrançöldə Mina və Partlamamış Hərbi Sursatların Təmizlənməsi birgə Layihəsinin birinci mərhələsinin tamamlanması və ikinci mərhələsinin açılışına həsr olunmuş mərasimdə bildirib.

Onun sözlərinə görə, NATO uzaq ölkələrdə də vacib işlər görür. Belə layihələrdən biri də Azərbaycanla tərəfdaşlıq çərçivəsində reallaşır. NATO bununla öz tərəfdaşlığını nümayiş etdirir.

C.Appaturay qeyd edib ki, Azərbaycan NATO üçün çox böyük işlər görür: "Biz bunu qiymətləndiririk. Biz də NATO olaraq Azərbaycana öz töhfəmizi vermək istəyirik. Azərbaycan Əfqanıstana çox kömək edir. Ümumiyyətlə, Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq davam edir. Bu da NATO ilə Azərbaycan arasında yaxşı tərəfdaşlığın bariz nümunəsidir".

Xüsusi nümayəndə bildirib ki, İSAF çərçivəsində Əfqanıstana dair yekun forum keçiriləcək. Həmin foruma Azərbaycan dövlətinin rəhbərliyi də dəvət olunacaq. Onun sözlərinə görə, bu, yeni platforma olacaq: "Yeni platformaya bir çox ölkələri də dəvət edəcəyik. Yəni bu, sıx forum olacaq. Əfqanıstanla bağlı Azərbaycanla yeni platforma çərçivəsində də əməkdaşlığı davam etdirmək barədə qərar vermişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti