...

BMT TŞ Qəzzada uzunmüddətli atəşkəsə çağırır

Siyasət Materials 28 İyul 2014 13:39 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası (TŞ) İsrail və fələstinliləri Qəzza sektorunda uzunmüddətli barışıq haqqında razılığa gəlməyə çağırıb.
BMT TŞ Qəzzada uzunmüddətli atəşkəsə çağırır

Azərbaycan, Bakı, 28 iyul /Trend/

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrail və fələstinliləri Qəzza sektorunda uzunmüddətli barışıq haqqında razılığa gəlməyə çağırıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, TŞ regionda böhranın gərginləşməsindən və hərbi əməliyyatlar nəticəsində ölənlərin sayının artmasından narahatlığını bildirib.

BMT TŞ-nin mövqeyi Şuranın sədri, Ruandanın daimi nümayəndəsi Rişar Həsənin Şuranın təcili iclasının nəticələri üzrə bəyanatında əks olunub.

Bəyanata görə, BMT TŞ tərəfləri Misirin təşəbbüsünə əsaslanan atəşkəsin uzunmüddətli olması üçün səylərini birləşdirməyə çağırır.

TŞ-nin bəyanatında vurğulanır: "BMT-yə məxsus obyektlər də daxil olmaqla mülki və humanitar obyektlərə hörmət edilməli və onlar qorunmalıdır. Tərəflər bu prinsiplərə riayət etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti