Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanla NATO arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək.
Trend-in məlumatına görə, Bakıda keçirilən "NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda çıxışında NATO-nun Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue deyib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov avqustun 7-8 də Brüsselə NATO-nun mənzil qərargahına səfər edəcək.
Onun sözlərinə görə, A.Əzimov NATO-nun qərargahında danışıqlar aparacaq və həmin danışıqlarda tərəflər arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək.
Sənəd Azərbaycan və NATO arasında İPAP üzrə əməkdaşlığın yenilənmiş mərhələsi olacaq.