...

Türkiyədə aeroportların birinə Ərdoğanın adı verilə bilər

Siyasət Materials 14 Avqust 2014 12:17 (UTC +04:00)
İstanbulda tikintisi aparılan üçüncü aeroporta Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın adı verilə bilər.
Türkiyədə aeroportların birinə Ərdoğanın adı verilə bilər

Azərbaycan, Bakı, 14 avqust/Trend, müxbir Rufiz Hafizoğlu/

İstanbulda tikintisi aparılan üçüncü aeroporta Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın adı verilə bilər. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvana istinadən xəbər verir.

Nazirin sözlərinə görə, xalqın rifahı üçün çox şey edən R. T. Ərdoğan Türkiyənin 12-ci prezidenti olacaq.: "Ərdoğanın sayəsində ölkə iqtisadiyyatı artıb və Türkiyə ciddi uğurlar əldə edib. Xalq ona çox minnətdardır".

L. Əlvan qeyd edib ki, əgər İstanbuldakı üçüncü aeroporta R. T. Ərdoğanın adı verilsə belə, bu ona minnətdarlıq etmək üçün kifayət etmir.

Qeyd edək ki, hava limanı ilkin olaraq ildə 90 milyon sərnişinə xidmət göstərəcək. Gələcəkdə bu göstərici 150 milyon sərnişinədək artacaq.

2013-cü ilin mayında İstanbulda üçüncü aeroportun inşasına dair Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi ilə hava limanının tikintisi üzrə tenderin qalibi olmuş "Limak-Kolin-Cengiz-MaPa-Kalyon" şirkətlər konsorsiumu arasında saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti