...

Yerevanda ölkənin Gömrük İttifaqına daxil olmasına qarşı aksiya keçirilir

Siyasət Materials 3 Sentyabr 2014 16:50 (UTC +04:00)
"Nə qədər ki, Ermənistanda legitim hakimiyyət yoxdur, Rusiya kimi ölkələr daim onu idarə etməyə cəhd göstərəcək, yaxud Gömrük İttifaqı kimi birliklərə qoşulmağa məcbur edəcəklər".
Yerevanda ölkənin Gömrük İttifaqına daxil olmasına qarşı aksiya keçirilir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

"Nə qədər ki, Ermənistanda legitim hakimiyyət yoxdur, Rusiya kimi ölkələr daim onu idarə etməyə cəhd göstərəcək, yaxud Gömrük İttifaqı kimi birliklərə qoşulmağa məcbur edəcəklər". Trend-in News.am saytına istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Yerevanda ölkənin Gömrük İttifaqına daxil olması əleyhinə keçirilən aksiya zamanı Yerevan Ağsaqqallar Şurasında "Salam, Yerevan" fraksiyasının üzvü David Sanasaryan deyib.

Yürüş Azadlıq meydanından başlayıb. Aksiya iştirakçıları öz bəyanatlarını oxumağa hazırlaşdıqları Ermənistan prezidentinin iqamətgahına doğru hərəkət ediblər.

Etirazçılar bildiriblər ki, Rusiyanın Baş naziri Dmitri Medvedevin Ermənistana səfəri zamanı aksiya keçirmək niyyətində olublar. Lakin D.Mededyevin gəlməyəcəyi məlum olduqda aksiyanı sentyabrın 3-də, Serj Sarkisyanın Rusiya Preziddenti Vladimir Putinin təşəbbüsü ilə yaradılan Gömrük İttifaqına daxil olmaqla bağlı bəyanatından bir il sonra keçirmək qərara alınıb.

Yürüş, həmçinin siyasi məhbusları, o cümlədən Rusiyanın təsirinə qarşı mübarizə aparan Şant Arutyunyanı və onun tərəfdaşlarını dəstəkləmək məqsədilə keçirilir. Aksiyada Ş.Arutyunyanın həyat yoldaşı Ruzanna Badalyan, eləcə də "Asparez" Jurnalistlər Klubu" ictimai təşkilatının şura sədri Levon Barseqyan da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti