...

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Siyasət Materials 22 Sentyabr 2014 18:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur: "Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq arzulayıram".

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səudu da təbrik edib.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti