...

Əhməd Davudoğlu: Türkiyədə narkotik satıcıları terrorçu kimi qiymətləndiriləcək

Siyasət Materials 26 Sentyabr 2014 14:38 (UTC +04:00)
Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının qurultayında ölkədəki narkotik satıcılarının terrorçu qismində cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.
Əhməd Davudoğlu: Türkiyədə narkotik satıcıları terrorçu kimi qiymətləndiriləcək

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasının qurultayında ölkədəki narkotik satıcılarının terrorçu qismində cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Baş nazir deyib: "Türkiyə bundan əvvəl narkotiklərə qarşı mübarizə apardığı kimi, bundan sonra da bu mübarizəni sərtləşdirəcək".

Türkiyə Narkotiklərin və Narkomaniyanın Monitorinqi Mərkəzinin (TUBİM) açıqladığı rəqəmlərə görə, ölkədə narkotik istifadəçilərinin minimal yaşı 13, maksimal yaşı 65, orta yaşı isə 36-dır.

TUBİM-in məlumatında deyilir ki, 15-24 yaş arası narkotik istifadəçiləri ölkə əhalisinin 2,9 faizini, 25-44 yaş - 2,8 faizini, 45-64 yaş isə 2,3 faizini təşkil edir.

Mərkəzin məlumatına görə, 2013-cü ildə Türkiyədə 5214 nəfər narkotik asılılıqdan müalicə olunub. Ölkədə narkotiklərdən müalicə üzrə 22 mərkəz var.

Məlumata əsasən, Türkiyədə həbs olunanların 18 faizi narkotik maddə alverçisidir ki, onların da sayı 23 738 nəfər təşkil edir.

Qeyd edək ki, son 4 ildə İstanbulda narkotik vasitələrin istifadəsinə və satışına görə 316 466 nəfər saxlanılıb.

Son illər Türkiyə narkomaniyaya qarşı mübarizəni sərtləşdirib. Son olaraq , ölkənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bəyan edib ki, psixotrop preparatların reseptsiz satışı qadağan olunacaq və bu narkomaniyaya qarşı mübarizə çərçivəsində edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti