...

Əhməd Davudoğlu: 18 yaşına çatmış şəxslər Türkiyə parlamentinə seçilə biləcəklər

Siyasət Materials 26 Sentyabr 2014 17:16 (UTC +04:00)
18 yaşına çatmış vətəndaşlar Türkiyə Böyük Millət Məclisinə seçilə biləcəklər.
Əhməd Davudoğlu: 18 yaşına çatmış şəxslər Türkiyə parlamentinə seçilə biləcəklər

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

18 yaşına çatmış vətəndaşlar Türkiyə Böyük Millət Məclisinə seçilə biləcəklər. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyədə parlament seçkilərində iştirak etmək üçün yaş məhdudiyyətinin 25-dən 18-dək azaldılması barədə məsələ ölkə parlamentinin gündəliyinə daxil ediləcək.

Baş nazir qeyd edib ki, Türkiyə gənci 18 yaşında parlamentə seçilmək hüququna malikdir.

Türkiyənin cari Seçki Məcəlləsinə görə, parlamentə seçilmək üçün ölkə vətəndaşının minimum 25 yaşı olmalıdır.

Qeyd edək ki, bu hədd əvvəllər 30 yaş idi, lakin 2006-cı il oktyabrın 13-də 25 yaşadək azaldıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti