...

Azərbaycan və Qayana Respublikası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Siyasət Materials 14 Oktyabr 2014 11:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Qayana Respublikasının Prezidenti Donald Ramotara təqdim edib.
Azərbaycan və Qayana Respublikası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan Respublikasının Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini Qayana Respublikasının Prezidenti Donald Ramotara təqdim edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfir E.Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Prezident Donald Ramotara çatdıraraq, Azərbaycanın Qayanada ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd edib.

Qayananın Prezidenti D.Ramotar Prezident İlham Əliyevə ən xoş salamlarının çatdırılmasını xahiş edərək iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə oxşar mövqelərdən çıxış etdiyini vurğulayıb və ticarət, kənd təsərrüfatı, energetika, təhsil, elm kimi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq üçün imkanların olduğunu qeyd edib.

Qayana Respublikasına səfəri çərçivəsində səfir E.Sultanov Qayana xarici işlər naziri Karolin Rodriges-Birkett, mədəniyyət, gənclər və idman naziri F.Entoni və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti