...

Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra tədbirlər görüləcək

Siyasət Materials 17 Oktyabr 2014 12:47 (UTC +04:00)
Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq.
Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra tədbirlər görüləcək

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq. Trend xəbər verir ki, bunu Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün bu gün MSK-da keçirilən müşavirədə "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalovun sözlərinə görə, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Nazir müavini qeyd edib ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək: "Ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Əmin ola bilərsiniz ki, tərtib olunan protokollarla əsasən istənilən vaxt polis orqanları tərəfindən qanunauyğun zəruri hərəkətlər görüləcək. Problemli məsələlərlə bağlı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək və həll olunacaq".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin dekabrda keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti