...

Macarıstan AGRI layihəsinin uğur qazanmasında maraqlıdır

Siyasət Materials 1 Noyabr 2014 10:28 (UTC +04:00)
Macarıstan təbii qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirə biləcək AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin uğurunda maraqlıdır.
Macarıstan AGRI layihəsinin uğur qazanmasında maraqlıdır

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Səbinə Əhmədova/

Macarıstan təbii qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirə biləcək AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin uğurunda maraqlıdır. Bunu Trend-ə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıya səfəri öncəsi deyib.

Onun sözlərinə görə, Macarıstan AGRI layihəsində hökumət və korporativ səviyyədə iştirak edir.

P.Siyarto qeyd edib ki, Macarıstanın MVM dövlət elektrik enerjisi şirkəti 2011-ci ilin mart ayında AGRI layihəsinə qoşulub: "Macarıstan layihənin digər iştirakçıları kimi texniki-iqtisadi əsaslandırmanın tamamlanmasını gözləyir. Mən qeyd etmək istərdim ki, Macarıstan təbii qaz tədarükü mənbələri və marşrutlarını şaxələndirə biləcək layihənin uğurunda maraqlıdır".

AGRI layihəsi hazırda texniki-iqtisadi əsaslandırmanın işlənməsi mərhələsindədir.

Qeyd edək ki, AGRI-nin iştirakçıları ARDNŞ, Gürcüstan Neft və Qaz Korporasiyası, Macarıstanın MVM və Rumıniyanın "Romgaz" şirkətləridir.

Xatırladaq ki, Macarıstan XİN rəhbəri noyabrın 3-4-də Azərbaycanda səfərdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti