...

YAP-ın üzvləri artıq namizəd statusu alıblar

Siyasət Materials 11 Noyabr 2014 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Yeni Azərbaycan Partiyasının (YAP) bələdiyyə seçkilərinə namizədlərinin 802 nəfəri artıq namizədlik statusu alıb. Bu barədə Trend-ə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, YAP tərəfindən bələdiyyələrə ümumilikdə 15 009 namizəd irəli sürülüb: "Onların böyük hissəsi imza vərəqələrini götürüb və 12 794 nəfər imza vərəqələrini dolduraraq müvafiq sənədlərlə birgə dairə seçki komissiyalarına təqdim edib. Onlardan da 802 nəfəri artıq namizədlik statusu alıb".

Onun sözlərinə görə, imza vərəqələrinin təqdim edilməsinin noyabrın 12-də yekunlaşması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti