Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlkin İzzət/
Korrupsiyaya qarşı mübarizə Azərbaycanda göstərilən siyasi iradənin təcəssümüdür. Bunu Trend-ə eksklüziv açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov deyib.
PA-nın şöbə müdiri qeyd edib ki, Azərbaycanda korrupsiya ilə uğurla mübarizə aparılır və bu sahədə islahatlar davam edir.
F.Ələsgərov həmçinin bildirib ki, bu gün Azərbaycan artıq Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasına sədrliyə başlayıb: "Azərbaycan bir il ərzində bu təşkilata sədrlik edəcək".