...

Elmar Məmmədyarov yeni gürcü həmkarı ilə nələri müzakirə etdi?

Siyasət Materials 10 Dekabr 2014 15:21 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin bu gün Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə görüşüb.
Elmar Məmmədyarov yeni gürcü həmkarı ilə nələri müzakirə etdi?

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin bu gün Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Tamar Beruçaşvili ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub.

Tərəflər Transanadolu qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.

Həmçinin, üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.

Görüşdə, eləcə də regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti