Avropada yeni bir kabus...

Avropada yeni bir kabus...

Fəlsəfə doktoru, millət vəkili
Cavanşir Feyziyev

Hələ təxminən 10 il öncə Fransaya səfərlərimdən birində axşama yaxın Yelisey çöllərində gəzişərkən ərəb mənşəli fransızların yaratdıqları iğtişaşların şahidi olmuşdum. Səbəb çox bayağı idi. Həmin anda adlarını indi xatırlaya bilməyəcəyim iki ərəb ölkəsinin futbol klubları arasında yoldaşlıq görüşü keçirilirdi. Şəhərin mərkəzi prospekti sayılan Yelisey çölləri ilə aşağı-yuxarı şütüyən bahalı avtomobillərin pəncərə və lyuklarından boylanan fransız gəncləri əllərində həmin ölkələrin bayraqlarını tutmuşdular. Matçın gedişini avtomobillərdəki radioyayım vasitəsilə izləyən fanatlar üzlərini trotuarla hərəkət edən piyadalara tutaraq azarkeşlik etdikləri futbol klublarına pərəstiş ifadə edən şüarlar səsləndirirdilər. Get-gedə avtomobillərin sayı artır, "avtoxuliqanların" hərəkətləri isə seyr edənləri həyəcanlandırmağa başlayırdı. Matçın sonuna yaxın Yelisey çöllərinin hər iki tərəfi ilə polis nəfərləri sıra ilə düzülsələr də gənclərin hərəkətlərinə müdaxilə etmirdilər. Matç başa çatan kimi "şou" iştirakçılarının yarısı sevinc eyforiyasında daha bərkdən qışqırmağa və əllərində oyuncaq kimi hərəkət etdirdikləri Ferrari, Bentley, Mersedes idman avtomobillərini daha kəskin manevrlərlə hərəkətləndirməyə başladılar. Şou iştirakçılarının digər yarısının sifətlərində isə aqressiv bir məyusluq hiss olunurdu. Qalib klubun fanatlarının "yekəxanalığına" dözməyən məyuslar tezliklə ərazini tərk edib bütün turistlərin də maraqla izlədikləri şou səhnəsini öz rəqiblərinə buraxdılar. Onların sevinci isə bitmək bilmirdi. Və nəhayət, hay-küy və qışqırıqların fonunda küçə boyunca bir neçə yerdə qalanan tonqalların tüstüsü Yelisey çöllərini bürüdü. Təxminən yarım saat ərzində adı dillər əzbəri olan, yüzlərlə filmlərdə, romanlarda, mahnılarda vəsf olunan gözəl Şanz-Elize sanki xarabalığa çevrildi.

Bütün bu ərköyünlüyü laqeydliklə izləyən polis nəfərləri bu qalmaqalın iştirakçılarına güldən ağır söz demədən, sadəcə kuryoz tamaşaçıları kənara çəkilməyə və sanki ətrafdakı hər şeyi didib-dağıtmağa hazır olan gənclərə müdaxilə etməməyə çağırırdı. Bu qəribə "şou" başa çatdıqdan və ərköyün ərəb-fransızlar ərazini tərk etdikdən sonra küçəyə tökülüşən kommunal işçilər fanatların yandırdıqları və qoyub getdikləri zibil təpələrini təmizləməyə başladılar. Tamaşaçıların üzlərindəki ifadələr isə müxtəlif idi. Bu səhnədən sevinənlər də, təəccüb hissi keçirənlər də, hətta həyəcan və qorxu hissləri yaşayanlar da var idi. Yanımdakı fransız dostumdan polisin niyə müdaxilə etmədiyini soruşduqda o da soyuqqanlılıqla "...gənclər heç kimə ziyanlıq gətirmədən bayram edirlər, polisin bu anda qarışmağa haqqı yoxdur", deyə buna ehtiyac olmadığını bildirdi. Belə cavabdan sonra sualı verdiyimə utansam da sanki yanaşmanın tam doğru olmaması və belə ifratçılığın ən azı faydalı olmaması fikri ilə özümə təskinlik verdim. Sonrakı illərdə isə ərköyün ərəb-fransız uşaqlarının könlünə küçələrdə saxlanmış avtomobilləri çevirərək yandırmaq düşdü və artıq bu bir ənənəyə, daha doğrusu, rituala çevrilib. Hər ilin eyni günündə Paris küçələrində yüzlərlə avtomobil heç bir səbəb olmadan yandırılır və Fransa jandarmı hər vəchlə bunun qarşısını almağa çalışır.

O zamandan bir sual məni çox düşündürür. Artıq iki yüz ildən çox müddətdə insan haqlarının qorunduğu bir cəmiyyətdə, söz və fikir azadlığı mühitində yaşamağı həyat tərzi seçmiş demokratik Fransanın bu günkü gəncliyi nədən belə aqressivdir?

Son günlər ərzində baş verən hadisələrin episentri Paris olsa da, terrorçular tərəfindən məşhur "Şarli Hebdo" əməkdaşlarının qan donduran amansızlıqla həyata keçirilən qətliamı bütün Avropanı gərginlikdə saxladı. İyirmiyə yaxın adamın həyatına son qoyan terror və antiterror əməliyyatları Avropanı bir daha silkələnməyə və Avropa üçün toxunulmaz hesab olunan söz azadlığı və insan haqları kimi müqəddəs ideallar ətrafında yenidən birləşməyə səslədi. Terror qurbanlarının xatirəsinə ehtiram və terrora nifrət fransızlarla yanaşı bütün Avropa ölkələrinin də vətəndaşlarını küçələrə çıxardı. Hələ baş verənlərin doğurduğu təəccüb, təəssüf və nifrət hisslərinin qarışığında çıxış yolu arayan siyasətçilər miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsindən tutmuş ölüm hökmünün yenidən qüvvəyə minməsinə qədər ciddi təkliflər səsləndirdilər. Fransa prezidenti Fransua Holland isə vətəndaşları terrora qarşı müqavimətə və milli həmrəyliyə çağırdı. Avropanın bütün şəhərlərində yüz minlərlə insan söz azadlığının müdafiəsi üçün həmrəylik mitinqlərinə qatıldı. Paris küçələrində "Mən Şarliyəm" şüarı altında Avropa ölkələrinin dövlət rəhbərlərinin iştirakı ilə milyonların marşı keçirildi. Beləcə, Fransanın çağdaş tarixinin daha bir qanlı səhifəsi yazıldı və qapandı. Hadisələr bitdi, ortada isə cavabsız suallar qalır.

Son yüz il ərzində Fransa Avropanın ən çox miqrant qəbul edən ölkəsi olmuşdur. Ölkədə sığınacaq tapıb, ailə qurub, nəsil davam etdirən 8 milyondan artıq miqrantların təxminən 42%-i, yəni 3,5 milyonu müsəlman ölkələrindən gələnlərdir. Fransa höküməti miqrantların cəmiyyətə adaptasiya olunması üçün hazırladığı mükəmməl proqramlar əsasında doğrudan da onların sosial müdafiəsini, səhiyyə ehtiyaclarını və təhsil haqlarını uğurla təmin edir. Belə olan halda öz tarixi ölkələrində bütün bu imtiyazlardan məhrum olan "gəlmələrin" iddiası nə ola bilər? Vaxtilə əsasən Şimali Afrika ölkələrindən gəlmiş miqrantların ikinci və hətta üçüncü nəsil xələflərini doğulub boya-başa çatdığı, təhsil aldığı, bütün hüquqlarının təmin olunduğu ölkədə nə qane etmir? Indi Fransa mətbuatında, eləcə də digər Avropa ölkələrinin mətbuatında dərc olunan müsahibələrdə siyasətçilərə, psixoloqlara, sosioloqlara və s. verilən bu sualların cavabları da müxtəlifdir: bəzi mülahizələrdə terror aktlarının Əl-Qaidə, İŞİD və digər dini cərəyanların təmsilçiləri tərəfindən həyata keçirilməsi ehtimal olunur. Sözügedən terror aktının keçən il Fransanın Malidə keçirdiyi hərbi əməliyyatların doğura biləcəyini iddia edənlər də var. Ilk diqqəti çəkən isə bütün müsahiblərin terrorçuların müsəlman olduğunu önə çəkməsidir. Doğrudur, onların bir çoxu terrorçuluğun həqiqi İslamla heç bir əlaqəsi olmadığını vurğulasalar da, eyni zamanda hamısı bu kimi halların islam radikalizmindən irəli gəldiyinə əmindirlər. Bir çox şərhlərdə islam radikalizminin Oman, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələrdə meydana gəldiyi də söylənilir. Odur ki, ərəb ölkələrinin Fransadakı səfirlikləri öz hökümətləri adından terroru pislədiklərini və terrora qarşı mübarizədə Avropa hökümətlərinə hər zaman hər cür dəstək verdiklərini dönə-dönə bəyan edir, sanki baş verən hadisələrdə təmsil etdikləri ölkələrin günahlandırıla biləcəyindən ehtiyatlanırlar. Fransanın bir sıra şəhərlərində isə keçən günlər ərzində artıq məscidlərə qumbara atılması faktları da qeydə alınıb. Lakin bütün bunlar baş verənləri izah etmək, hadisələri doğuran səbəbləri və onların ilkin şərtlərini ortaya çıxarmaq üçün uğurlu çıxış yolu deyil. Çünki hansı inancdan, hansı ideoloji mənbədən qidalanmasından və harada meydana gəlməsindən asılı olmayaraq radikalizm istənilən təzahür formasında sivil cəmiyyətə xas olan xüsusiyyət deyil. Ona görə də bu şəraitdə radikalizmin harada meydana gəlməsindən daha çox harada, hansı cəmiyyətdə və hansı səbəbdən baş verməsi sualı daha önə çəkilməlidir. Verilən şərhlərdə hadisələrin bir təfərrüatı unudulur ki, bu gün dini radikalizmin təzahürü adı çəkilən islam ölkələrində deyil, məhz Avropada - demokratiyanın beşiyi sayılan Fransada baş verir. Öldürülən terroristlərin də heç biri Avropaya başqa ölkələrdən gəlməyib. Yəni hadisənin baş verdiyi məkan Fransa, hadisəni törədənlər isə fransızlardır. Bu günə qədər bir çox Avropa ölkələrində baş vermiş qanlı terror aktlarının icraçıları da məhz həmin ölkələrin öz vətəndaşlarıdır. Onların bir çoxu artıq tarixi ana dillərində danışa da bilmirlər və bütün hüquqi parametrlərinə görə onlar əsl fransızlar, əsl ingilislər və ya əsl ispanlardır. Başqa sözlə desək, bu terrorçular Avropada doğulub, Avropanın suyunu içib, çörəyini yeyib, təhsilini və tərbiyəsini almış uğursuz vətəndaşlardır. Hal-hazırda Suriyada müxtəlif yönümlü terror qruplarının tərkibində döyüşən 1100-dən çox fransızın, 600-dən çox ingilisin və digər avropalıların əksəriyyətinin də əvvəllər heç zaman İslam ölkələrində olmaması danılmaz faktdır. Bu halda Avropa vətəndaşının harada isə meydana gəlmiş islam radikalizminə yoluxmasının səbəblərini ərəb ölkələrində axtarmaq o qədər də məntiqli görünmür. Demək olar ki, bütün siyasətçilərin, eləcə də Fransa prezidenti Hollandın bu hadisələrlə bağlı öz xalqına müraciətində dediyi kimi, terrorçuların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, sivil cəmiyyətlərdə istənilən dinə bəşəriyyətin inkişaf tarixinin müəyyən mərhələsində bəşər övladı tərəfindən yaradılmış qeyri-maddi mədəniyyət nümunəsi, antik cəmiyyətin əxlaq kodeksi kimi baxilmalıdır və etiraf etməliyik ki, bəzi istisnaları nəzərə almasaq, belə də baxılır. Deməli, problemin kökü dində deyil, hadisələrin baş verdiyi cəmiyyətlərin daxilində axtarılmalıdır. bütün dünya isə Avropa cəmiyyətində isə demokratiyanın hökm sürdüyünü, fikir və söz azadlaığının insan azadlıqlarının önündə getdiyini, vətəndaşın rifah halının ən yüksək səviyyədə təmin olduğunu iddia edir. Bəli, bütün dünyaya Avropa dəyərləri kimi təbliğ olunan dəyərlərin çoxu doğrudan da heyranedicidir. Onda bəs paradoks nədədir? Bəlkə səbəbin kökündə terrorçuların dədə-babalarının hansı ölkədən gəlməsi yox, onların belə yüksək rifah cəmiyyətində hansısa səbəbdən uğursuz olmaları dayanır? Əlbəttə, cəmiyyəti maddi rifah bolluğunda "bəsləmək" hökümətlər üçün qürur və şərəf işidir. Lakin görünür, maddi rifahın yüksək səviyyəsi cəmiyyətin tam sağlamlığı üçün yeganə zəruri şərt deyil və ya kifayət deyil.

Yüksək mədəni dəyərlərin hökm sürdüyü iddia edilən bir cəmiyyətdə vətəndaşın öz həmvətənlərinə qarşı terror aktı həyata keçirməsi, söz və fikir azadlığına təcavüz etməsi, insanlığa qarşı cinayət törətməsi faktı məncə ortadakı sualları ilk növbədə Avropa cəmiyyətinin özünə ünvanlamağı tələb edir. Bu qədər liberal-demokratik dəyərlərin hökm sürdüyü mühitdə yetişmiş vətəndaşlar niyə öz cəmiyyətlərinə qarşı belə amansızdırlar? Cəmi bir neçə il öncə öz millətinin 80-ə yaxın gəncini qətlə yetirmiş və 20 il həbs cəzasına məhkum edilmiş Breyviki bu qədər qəddarlaşdıran nə olmuşdu? Yeri gəlmişkən, bəzi qərb şərhçiləri hal-hazırda rasizm və nasizm kimi neqativ halların Avropa cəmiyyətində mövcudluğunu etiraf edərək intensivləşən terror aktlarının bu kimi hallara qarşı bumeranq effekti ola bilməsini də istisna etmirlər. Fransanın Daxili İşlər Naziri isə öz çıxışında ölkədə hüquq-mühafizə sisteminin mükəmməl olmadığını etiraf etdi. Antiterror üzrə fransalı ekspert Klod Monikenin "Euronews" telekanalına müsahibəsi də maraq doğurur. Belə ki, cənab Monike öz müsahibəsində Fransa xüsusi xidmət orqanlarında ölkədə terror törətmək ehtimalı olan bütün vətəndaşların siyahısının mövcudluğunu, o cümlədən, Şərif və Səid Kuaşi qardaşlarının da çoxdan "qara siyahı"da olduğunu bildirdi. Teleaparıcının "...belə olan halda xüsusi xidmət orqanlarının bu şəxsləri niyə vaxtında neytrallaşdırmaması və ya heç olmasa onları müşahidə altında saxlamaması" haqqında sualına Klod Monikenin cavabı da bəzi məqamlara aydınlıq gətirir. "...Birincisi, onların sayı 1000-2000 nəfərdir, bu qədər adamı nəzarət altında saxlamaq bizim hüquq-mühafizə orqanlarının (yəni Fransanın - CF) gücü xaricindədir. Çünki, bir tərəfdən, insan haqları adı altında spekulyasiya ifrat həddə çatıb. Polis orqanlarının müasir cihazlarla texniki təchizatı üçün vəsait istənildikdə dərhal "insan haqları" adı altında cəmiyyətdə isterika yaşanır və hər hansı bir addım "psevdodemokratların" müqaviməti ilə rastlaşır. Ikincisi, hal-hazırda ölkənin hüquq-mühafizə və gömrük orqanlarında korrupsiya o həddə çatıb ki, zabitlər artıq ölkənin təhlükəsizlik məsələlərinə də biganə yanaşırlar..." Mənə elə gəlir ki, ekspertin cavabı Fransadakı, bəlkə də bütün Avropadakı bu günkü gerçəkliyi obyektiv şəkildə əks etdirir və qismən də olsa hadisələri doğuran səbəblərə işıq salır. Amma səbəblərin tam siyahısı bununla da bitmir. Soyuq müharibə erası başa çatdıqdan sonra yaranmış yeni şəraitdə güc və söz sahibi olan qərb dövlətləri qolobal siyasət meydanında baş verən rəqabət mühitində bəzi unuversal dəyərlərdən geri çəkilməyə başlamışlar. Bu daha çox Avropanın qeyri-qərb dövlətlərinə qarşı münasibətlərində beynəlxalq hüquq və beynəlxalq ədalət normalarına ikili yanaşmasında özünü göstərir. Məsələn, keçən il ərzində Ukraynada baş verən hadisələrə Qərbin sərgilədiyi obyektiv münasibət bundan daha əvvəl Azərbaycanda, Gürcüstanda və Moldovada baş vermiş hadisələrə olan münasibətdən xeyli fərqlənir. Əslində isə bütün bu ölkələrdə baş verənlər eyni ssenari üzrə, eyni qüvvələr tərəfindən həyata keçirilmiş ilhaq faktlarıdır. Artıq 25 ilə yaxın bir müddətdə davam edən Azərbaycan-Ermənistan münaqişəsinə Avropa tərəfindən qərəzli yanaşma da Avropa siyasətinə, onun ədalətliliyinə etimadı azaltmaqdadır. Beynəlxalq ədalətin təmin edilməsi sahəsində nümayiş etdirilən ayrı-seçkilik isə heç də Avropanın nüfuzunun möhkəmlənməsinə xidmət etmir. Dünyadan, xüsusilə də hələ möhkəmlənməmiş yeni dövlətlərdən ikitərəfli iqtisadi-siyasi münasibətlərdə özləri üçün əlavə imtiyazlar qoparmaq məqsədilə onlarla ikili standartlar əsasında qərəzli davranan qərb dövlətləri və siyasətçiləri də bunu yaxşı bilirlər. Buna baxmayaraq həm Fransa, həm də bütövlükdə qərb dövlətləri yerli-yersiz qeyri-qərb cəmiyyətlərini korrupsiya və insan haqlarının pozulması iddiaları ilə şantaj etməkdən çəkinmirlər. Qərb dövlətləri vaxtaşırı dünyanın müxtəlif bölgələrində peyda olan PKK, Əl-Qaidə, Boko-Haram, İŞİD və s. kimi terror təşkilatlarının bir çox hallarda onlar tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi haqqında səsləndirilən iddiaları da hələ ki inandırıcı şəkildə təkzib etmək iqtidarında deyillər. Bəzi hallarda Avropa dövlətləri özləri söz və fikir azadlığına dövlət səviyyəsində birbaşa təcavüz edirlər. Fransa Senatında qondarma "erməni genosidini" tanımamağa görə vətəndaşa qarşı cinayət işinin açılmasını nəzərdə tutan Qanunun qəbul edilməsi sadəcə bir terrorçunun deyil, "lazım gəldikdə" siyasi maraqlar naminə elə dövlətin özünün də cəmiyyətdə söz və fikir azadlığına sipər çəkməsini sübut etmirmi? Avropa esteblişmentində hakimiyyət uğrunda mübarizədə siyasi spekulyasiyalar, qorunması və daha da möhkəmləndirilməsi zəruri olan mənəvi-etik dəyərlərin siyasi oyunlara qurban verilməsi qərb cəmiyyətində mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib çıxarır. Siyasət mənəvi-əxlaqi dəyərlər müstəvisindən kənarda formalaşdıqda isə cəmiyyət "xəstələnir". Beləliklə, cəmiyyətin dərin qatlarında inkubasiya dövrünü yaşayıb birdən-birə üzə çıxan və müasir qərb cəmiyyətini silkələyən intihar, eynicinsli evlilik və terror kimi xəstəlikləri ilk növbədə qərb siyasətçiləri özləri dövriyyəyə gətirir və bu kimi halların mövcudluğundan müəyyən siyasi ambisiyalara nail olmaq üçün sui-istifadə edirlər. Bütün bu oyunların baş verdiyi qlobal siyasət meydanında dünyanı idarə etmək iddiası ilə çox uzaqlardakı labirintlərdə dolaşan qərb siyasəti öz çıxış nöqtəsindəki - Avropadakı daxili vəziyyətdən xəbərsiz kimi görünür. Belə görünür ki, başları digər ölkələrə "demokratiya və azadlıq", "dözümlülük və tolerantlıq" dərsi keçməyə qarışmış Avropa hökümətləri, Avropa Birliyinin çoxsaylı qurumları öz cəmiyyətlərinin "diaqnostikasına" və "profilaktikasına" diqqət ayırmağı unudublar. Halbuki, ilk növbədə onlar öz vətəndaşlarının hansı səbəblərdən uğursuzluğa düçar olub öz taleyini terrora qurban verdiyini araşdırmalıdırlar.

Avropada isə yenə bir kabus dolaşmaqdadır. Lakin bu, məşhur sitatda deyildiyi kimi, kommunizm kabusu deyil. Bu - heç də ondan az təhlükəli olmayan terror kabusudur. Tarix bir çox qlobal fəlakətlərin dünyaya Avropadan yayılmasının şahididir. Belə bir təhlükə qarşısında bu dəfə də Avropa daha sıx birləşməli və yeni kabusun bütün dünyaya yayılmasının qarşısını almaq üçün ilk növbədə onu doğuran səbəbləri aradan qaldırmalıdır. Bunun üçünsə Avropa siyasəti özündə qeyri-qərb cəmiyyətləri ilə əməkdaşlıqda bərabərlik, tərəfdaşlıqda etibar, mədəniyyətdə universallıq, siyasətdə əxlaq, dünyaya münasibətdə səmimiyyət, və ən başlıcası isə Universal Ədalət təcəssüm etdirməlidir.

Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
"Brent" markalı neftin qiyməti  71 dolları ötüb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Loading Bars
Xəbər lenti
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
İranda ötən sutkada 8 min nəfər koronavirusa yoluxub, 93 nəfər ölüb
Küveyt portalında Prezident İlham Əliyevin KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı barədə məqalə dərc olunub
Azərbaycanda işləyən qadınların ən çoxu 31-40 yaşlarında olanlardır - Nazirlik
Azərbaycanda koronavirusa yoluxma sayı 400-ü keçdi
Dövlət Neft Fondu beynəlxalq arenada şəffaf imicə malik quruma çevrilib
Azərbaycan Ordusunda 9 000-ə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub - MN
Dənizdə dalğanın hündürlüyü 4,8 mətrə çatıb - Faktiki Hava
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb
Hər bir vətəndaş əlindən gələni etməlidir ki, karantin qaydalarının sərtləşdirilməsinə getməyək - Adil Allahverdiyev
Bakıda güclü külək nəticəsində yük maşını aşıb (VİDEO)
Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir
Bakıda külək məktəbin damını uçurdu (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Azərbaycanda peyvənd olunanların sayı 407 mini ötüb
Əfqanıstanda silahlılar hücum törədib, ölənlər var
A və B növü üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir
Füzuli rayonunun Qarakollu kəndi (VİDEO)
Braziliyada ötən sutka koronavirusdan 1 555 nəfər ölüb
Xızıda "VAZ" qarlı yolda qaldı, xilasedicilər 2 nəfər köməklik göstərib (VİDEO)
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə bütün ölkələrin COVİD-19 peyvəndi ilə təmin olunması barədə sənəd qəbul olunub - XİN
Paraqvay prezidenti etirazlar fonunda bütün nazirlərdən istefa vermələrini istədi
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
Bu gün ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində oxuyan şagirdləri üçün buraxılış imtahanı keçirilir
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Bütün xəbərlər