...

NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gələcək

Siyasət Materials 14 Yanvar 2015 16:50 (UTC +04:00)
Ceyms Appaturay Azərbaycana səfər edəcək.
NATO-nun xüsusi nümayəndəsi Azərbaycana gələcək

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana səfər edəcək. Bunu Trend-ə NATO-nun mətbuat ofisindən deyiblər.

Bununla belə, səfərin dəqiq tarixi barədə məlumat verilməyib.

Qeyd edək ki, Ermənistan KİV-in məlumatına əsasən, C.Appaturay yanvarın 15-də Yerevana gedəcək. Buna görə də onun həmin dövrdə Azərbaycana səfəri istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti