...

Novruz Məmmədov: "Aİ-də bu prosesin nə dərəcədə təhlükəli olduğunu anlaya bilmədilər"

Siyasət Materials 19 Yanvar 2015 14:23 (UTC +04:00)
"Təəssüf ki, "Şarli Ebdo" jurnalına qarşı terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətin gündəliyinin əsas məsələsinə çevirdi".
Novruz Məmmədov: "Aİ-də bu prosesin nə dərəcədə təhlükəli olduğunu anlaya bilmədilər"

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Təəssüf ki, "Şarli Ebdo" jurnalına qarşı terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətin gündəliyinin əsas məsələsinə çevirdi". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib ki, görünür, bu prosesin nə dərəcədə təhlükəli olduğunu Avropa İttifaqında bəzi dairələr anlaya bilmədilər: "Doğrudanmı?!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti