...

Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşüb

Siyasət Materials 26 Fevral 2015 16:00 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov Aİ rəsmisi ilə görüşüb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

S.Lambrinidis Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinin və ölkəmizin Fransada törədilmiş terror hadisələrinə münasibətinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti