Azərbaycan, Bakı, 11 mart /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Eldar İbrahimovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Rza oğlu İbrahimov "Şərəf" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, E.İbrahimov Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir.